Dövlət çevrilişi nəticəsində asılan Türkiyə Xarici İşlər naziri.
Bu bilirsiniz kimdir? Çoxlarımızın tanımadığımız, Türk siyasətində bir dahi, uzaqgörən dövlət adamı deyə bilərəm.
Bu adamı yeni tanıdım və indiyə qədər tanımadığım üçün çox utandım. Bu CHP zehniyyəti tərəfindən 27 may 1960-cı ildə dövlət çevrilişi ilə asdığı, 1957-1960-cı illerində Türkiye XİN-i Fatih Rüştü Zorludur.
Bir xeyli bu adamın keçmişini və siyasi fəaliyyətini araşdırdım. Nə qədər dərin düşüncəli, önü görən və vaxtında qurtarıcı ideyanı ortaya qoyan bir Türk siyasətçisi olmuşdur. Bir çoxları Menderesin nədən asıldığını və hansı güclərin əli ilə dövlət çevrilişi edildiyini bilmir ( bilənlər çox azdır).
İttiham olunduğu maddələrə baxıram, hamısı qurama və uydurma. Məqsəd əsas səbəbləri gizlətmək və üstünü ört-basdır etməkdir.
Bu adamın ən böyük xidmətlərindən biri Kuzey Kıprıs Türk Cumhuriyyəti ilə bağlı o dönem ortaya qoyduğu ideya və Türkiyənin bağımsız dış siyasətinin qurulmasında atacağı addımlarla bağlıdır. Amerika Türkiyəyə bir “taxıl anbarı” kimi baxır və əsla yerindən teərpənməyən və tam onların nəzarətində qalan bir Türkiye istəyirdi.
Ancaq Menderes hökuməti bunun fərqində idi və bundan qurtulmaq istəyirdi. Fatih bəyin Kıprısla bağlı ortaya qoyduğu fikir ingilisləri qezeblendirir. Fatih bəy adada Yunanıstan qədər Türkiyənin də haqqı olduğu və adadakı türklərin qoruyucusu olaraq Türkiyəni göstərir. Digər yandan adanın Osmanlıya aid olduğu və geriyə qaytarılmasının hüquqi cəhətdən Türkiyənin olmalı olduğunu London konfransında çıxışında dəlillərlə dilə gətirir. İngilislər tez Amerikaya Menderes və Fatih bəyin hakimiyyətdən alınması mesajını verirlər.
Daha sonra istər iç, istərsə dış siyasetdə Amerika tərəfindən sıxışdırılan Türkiyə, Fatih bəyin təklifi ilə buna son qoymaq və bağımsız bir siyasət yürütmək üçün o dönəm Sovetlər Birliyi ilə diplomatik yaxınlaşma və işbirliyi təklifini ortaya qoyur. Bu təklif isə Amerikanın hərəkətə keçməsi, nəzaretinde olan ordunun əli ilə dövlet çevrilişi edərək Menderes hökumətinin devrilməsi ilə nəticələnir.
Amerika sənaye Türkiyəsi istəmirdi, Amerika bağımsız iç və dış siyasət yürüdən Türkiye istəmirdi, Amerika iqtisadi cəhətdən bağımsız Türkiye istemirdi. Mendres hökuməti məhz bu səbəblərdən devrildi. Allah her iki dövlət adamına rəhmət etsin, məkanları cənnət olsun.