• 19 Aprel 2025 16:42

“Vicdansızlar evlər tikib şəhəri pis günə qoyurlar. Niyə bunlara icazə verilir?” – Əbdül Mahmudbəyov

“Xalq Cəbhəsi hakimiyyətə gələn vaxtlar mən Kinostudiyada rəhbərlik edirdim. Bir ermənini tutub ora gətirmişdilər. Erməni 50-55 yaşlarında bir kişi idi. Çox qəribədir ki, o adam Bakının kanalizasiya sistemi üzrə məşhur mühəndis imiş. Təmiz bizim dildə danışırdı. Ona bir az isti münasibət göstərdim. Mənə dedi ki, “sənə bir şey deyim”. O mənə dedi ki, Bakının kanalizasiya sistemində bizim ermənilərdən ibarət böyük qrupumuz çalışır. Bizə dəstək verən rus işçiləri də var. Bakının kanalizasiya sistemini elə günə qoymuşuq ki, inşallah 30-40 ildən sonra görəcəksiz ki, Bakı öz-özünə çökdü”.

 

Tacxeber.com xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Bakıda yağıntılı havadan sonra yaranan acınacaqlı vəziyyətdən danışarkən bildirdi.

Onun sözlərinə görə, bu söhbət olanda hələ tikililər yox idi.

 

“Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Bakıda əlavə tikinti aparmaq olmaz. Tikilən evlər xalqın, şəhərin faciəsidir. Bakıda təmizlik işləri aparılmalıdır. “Kubinka” Azərbaycanın ən gözəl istirahət zonası edilməlidir. Camaat nəfəs almalıdır. Vicdansızlar evlər tikib şəhəri pis günə qoyurlar. Niyə bunlara icazə verilir? İllərdir televiziyada yalvarırlar ki, filan yerdə ev var, alın. Millət hansı pulla ev alacaq? Buna görə şəhərimizə yaraşmayan tikintilər dayandırılmalıdır. Ev tikilirsə, zəhmət çəkib kanalizasiya sistemi yaratsınlar. Pis vəziyyətdə olan kommunikasiya, kanalizasiya sistemlərini yükləyirlər, nəticədə bir gün Bakı çökəcək, hamımız daş-kəsək altında qalacağıq.

Bakının müdafiə komitəsini yaradan zaman üstümə min yerdən töküldülər. Bakıda tikinti aparmaq lazım deyil, əksinə, çoxunu sökmək lazımdır. Bakıda olan milyonlarla boş ev əhaliyə paylanmalıdır”.

 

Xalq artistinin sözlərinə görə, tikintilərin hamısı xalqdan oğurlanan pullarla tikilib.

“Yeraltı strukturlar yenidən qurulmalıdır. Ölkə rəhbərliyinə, Bakının sahiblərinə, ziyalılara, elm, sənət, mədəniyyət xadimlərimizə müraciət edirəm: Bakı təhlükə altındadır. Bina tikirlər, amma altında qaraj yox, camaat küçədə qalır. O vaxt ulu öndər demişdi ki, ilk olaraq binaların altında qarajlar olmalıdır. Sırf 3-4 nəfər tikinti işləri aparır. Zövqlü, səviyyəli adamlara imkan vermirlər. Bunların arxasında böyük maraqlar var. Maraqlar ifşa olunub, dayandırılmalıdır”, – deyə müsahibimiz bildirdi.

 

Tacxeber.com

Oxşar xəbərlər