• 19 Aprel 2025 17:28

Bu gün “Qarabağ” “Neftçi” oyunu var.

Misli Premyer Liqasında 31-ci tur davam edir. 

 

Bu gün daha iki oyun keçiriləcək.

 

Əvvəlcə 5-ci pillədəki “Sabah” autsayder “Səbail”i qəbul edəcək. Cari mövsüm bu komandaların oyunlarında “Sabah”ın üstünlüyü var. 3 oyundan 2-də qalib gələn komanda 1 matçda da heç-heçə ilə kifayətlənib.

 

Digər qarşılaşmada isə Azərbaycan derbisi baş tutacaq. Lider “Qarabağ” 6-cı pillədə qərarlaşan “Neftçi”ni sınağa çəkəcək. Bu mövsüm Ağdam klubu əzəli rəqibini hər 3 matçda məğlub edib. “Qarabağ”dan xal ala bilməyən “Neftçi” qola da həsrətdir (0:4, 0:3, 0:1).

 

“Qarabağ” “Neftçi”ni məğlub etsə və sabah “Zirə” “Sumqayıt”la matçda xal itirsə, Ağdam klubu növbəti çempionluğunu rəsmiləşdirəcək.

 

Misli Premyer Liqası, 31-ci tur

 

19 aprel

17:30. “Sabah” – “Səbail”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov

VAR: Rəşad Əhmədov

AVAR: Cəmil Quliyev

“Bank Respublika Arena”

 

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Namik Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu

 

20 aprel

16:30. “Şamaxı” – “Kəpəz”

19:00. “Zirə” – “Sumqayıt”

 

18 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” – 1:1

 

Bombardirlər:

Leandro Andrade (“Qarabağ”) – 14 qol

Cesse Sekidika (“Sabah”) – 10 qol

Davit Volkov (“Zirə”) – 10 qol

Felipe Santos (“Araz Naxçıvan”) – 9 qol

Salifu Suma (“Zirə”) – 9 qol

Rafael Utziq (“Zirə”) – 9 qol

Coy-Lens Mikels (“Sabah”) – 8 qol (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər