“Trump da deyir ki, mənim fikir və əməlimə bel bağlayan o boykotunuzu aparın tullayın bir dərəyə” – İlqar Məmməədov

Bundan sonra ABŞ Dövlət Departamenti özünün illik insan haqları hesabatında başqa ölkələrdə olan aşağıdakı halları pisləyən rəy bildirməyəcək:
– azad və ədalətli seçkilərə məhdudiyyət;
– siyasi məhbuslar;
– sərbəst toplaşmaq və səfər etmək haqlarından məhrum etmə;
– pis həbs şəraiti;
– korrupsiya.
Trampın siyasi xəttinə əsasən, haqları hər xalq özü özünə qazanmalıdır, Vaşinqtona ümid bəsləməməlidir.
Beləliklə, gələn dəfə hər bir azərbaycanlı mütləq, bir nəfər kimi seçkiyə qatılsın və öz səsi uğrunda tələbkar mövqe sərgiləsin. Çünki hər şey seçkidən başlayır. Seçilmiş hakimiyyət başqa pozuntulara nisbətən az yol verir, tədricən isə işlər lap düzəlir.
Artıq Tramp da deyir ki, mənim fikir və əməlimə bel bağlayan o boykotunuzu aparın tullayın bir dərəyə, ardınca da yekə bir daş atın.