• 20 Aprel 2025 23:56

Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər

ABŞ-ın sabiq birinci xanımı Mişel Obama əri Barak Obamadan boşanmaq qərarı alıb.

Tacxeber.com xəbər verir ki, onlar arasında hazırda sərvət bölmək üçün danışıqlar gedir. Belə ki, cütlük 70 milyon dollarlıq sərvəti bölməyə çalışır. Onlar bu yolda razılığıa gəlməyib və iki qızından tərəf seçmələrini istəyiblər.

Bu haqda “RadarOnline” məlumat yayıb. Obamaların vəkilləri keçən ay 61 yaşlı Mişelin Hollivudu fəthini davam etdirəcəyi, 63 yaşlı Barakın isə Demokratlar partiyasına görə kampaniya aparmaq üçün əsasən Şərq Sahilində qalacağı bir razılaşma əldə etdiklərini açıqlayıb.

İnsayderlər isə Mişelin Barakın “Higher Ground” istehsal şirkətindən pay tələb etməsindən sonra müqaviləni pozduğunu söyləyib. Onların arasındakı bu mübahisə qızlarını narahat edib. Bildirilib ki, Mişel Çikaqodakı evləri və “Martha’s Vineyard” əmlakı ilə birlikdə film biznesi olan “Higher Ground Productions”ı özündə saxlamağa çalışır.

Barak DC malikanəsini almağa çalışır, təxminən 22,5 milyon dollar dəyərində olan səhm portfelini bölməyə çalışıb.

Lakin Mişel indi Barakın beş illik prodüser şirkətindən getməsini istəyir. O, Barakın yanında olmasını istəmir. Bu isə Barakın xoşuna gəlməyib və şirkətə geri qayıdıb.(Axşam.az)

Tacxeber.com

Oxşar xəbərlər