Bakıda “Range Rover” sürücüsü qadın təlimçinin olduğu maşına təpik atdı – ANBAAN GÖRÜNTÜLƏR
Bakıda qaydaları pozan sürücünün hərəkətləri anbaan kameraya düşüb.
Tacxeber.com xəbər verir ki, bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-a şikayət ünvanlayıb.
O bildirib ki, aprelin 20-də, paytaxtın Dərnəgül mübadilə məntəqəsinin yanında təlim keçən zaman qaydaları pozan sürücüyə irad bildirib və bundan sonra ona qarşı nalayiq hərəkətlər baş verib.