BŞİH rəhbəri: “Leysan zamanı tunellərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun”
Güclü yağıntılarda təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.
Tacxeber.com xəbər verir ki, Eldar Əzizov bu təklifi aprelin 15-16-da güclü yağışdan sonra yaranan mövcud vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.