• 21 Aprel 2025 15:52

Cümhuriyyət Xalq Partiyası (CHP) Əkrəm İmamoğlu üçün 10 milyondan çox imza topladığını deyir

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) növbədənkənar seçkilərin keçirilməsi və həbsdə olan İstanbul böyük şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun azadlığa buraxılması üçün 10 milyondan çox imza topladığını açıqlayıb.
CHP hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın son seçkilərdə aldığı səs sayı qədər – yəni 28 milyon imza toplamaq niyyətindədir.

 

Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ilin yazına təyin edilib.

 

Xatırladaq ki, Əkrəm İmamoğlu korrupsiyada şübhəli bilinərək martın 19-da həbs edilib və İstanbul bələdiyyə sədri vəzifəsindən kənarlaşdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər