Zamiq Əliyev: “Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz” — VİDEO
“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.
Tacxeber.com xəbər verir ki, proqramın budəfəki qəhrəmanı Xalq artisti, tarzən Zamiq Əliyev olub.
Zamiq Əliyev televiziya verilişlərində az-az görünməsinin səbəbini belə izah edib:
“Mən o kanaldan bu kanala qaçmıram, sadəcə özümə layiq olan proqramlara qatılıram. Bu gün sənətçiləri ancaq efir vasitəsilə tanıyırlar. Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz. Gərək izləyici sənin üçün darıxsın, verilişdə səni görəndə kanalı dəyişdirməsin. Təəssüf ki, indiki sənətçilərimiz hər gün efirdədir, bir gündə 5 dəfə kanala çıxırlar. Bu, düzgün deyil, xalqın gözü tərəzidir. Sənət adamı yaradıcılığı ilə millətə özünü sevdirməlidir”.
Xalq artisti, həmçinin Azərbaycanın qədim və zəngin musiqi janrı olan muğam sənətinə marağın azalmasından şikayətlənib:
“Təəssüf ki, bu gün muğamın meydanı yoxdur. Muğam ifaçılarımızın hamısı mahnı oxuyur. Əlbəttə, onları qınamıram. Çünki muğam oxuyana qulaq asan yoxdursa, nə etsinlər? Mahnı oxumalıdırlar ki, onları da toya çağırsınlar. Buna görə də muğamımız ikinci cərgədə, arxada qalıb”.
Zamiq Əliyev keçmiş və indiki sənətçilər arasındakı münasibətlərdən də danışıb. O, vaxtilə sənət adamları arasında birliyin olduğunu xatırladıb: