Ərdoğanın çıxışı zamanı bu plakatı qaldıran şəxs həbs edildi – FOTO
Ərdoğanın çıxışı zamanı səhnəyə telefon atan şəxs saxlanılıb.
Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda keçirilən tədbir zamanı Prezident Ərdoğana doğru telefon atan və əlində plakat açan N.K. həbs edilib.
Rəcəb Tayyib Ərdoğan Bağcılar Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasının açılış mərasimində çıxış edərkən “AK Parti səbəb, inflyasiya nəticədir” və “Allahın dinini istifadə etmə, Reis” sözlərinin yazıldığı plakatı qaldıran və telefonunu səhnəyə tərəf atan 44 yaşlı, 3 uşaq atası olan tekstil işçisi N.K. polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.
N.K. istintaqa ifadəsində bu hərəkəti ilə ölkədəki iqtisadi çətinliklərə diqqət çəkmək istədiyini bildirib. Daha əvvəl də AKP İstanbul İl Başkanlığı qarşısında iki dəfə oxşar etiraz keçirdiyini deyən N.K. “Prezidentə başqa yolla çata bilmədiyim üçün bu tədbirə qatıldım. Ona zərər vermək niyyətim yox idi. Sadəcə məni eşitsin deyə telefonumu səhnə ilə olduğum yer arasındakı boşluğa atdım,” – deyə bildirib.