İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?
Azərbaycanın müstəqillik əldə etməsindən sonra İrandan qadağan olunmuş məhsulların ölkəmizə daşınmasına az qala hər gün cəhdlər edilib və edilir. Son vaxtlar isə qanun pozucuları PUA-lardan istifadə etməyə başlayıblar.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov İrandan PUA-larla ölkəmizə narkotik daşınmasına cəhdlə bağlı xəbərləri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, DSX İran tərəfi ilə bir neçə dəfə həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə bu məsələni gündəmə gətirib:
“Bilirik ki, narkotik qaçaqmalçılığı böyük bir şəbəkə tərəfindən həyata keçirilir. Onlar müxtəlif texnologiyalardan istifadə edirlər. Lakin DSX ən müasir avadanlıqlara sahibdir. Sərhəd zastavalarında bu texnologiyalar quraşdırılıb və bütün proseslər nəzarət altındadır. Bu səbəbdən də narahatlığa əsas yoxdur”.
Ekspert vurğulayıb ki, İran öz tərəfindən bu hallara qarşı mübarizəni gücləndirməlidir: