Putin döyüşlərin dayandırılmasını TƏKLİF EDİR
Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə “Financial Times” üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Putin bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən, Rusiya hələ də rus ordusunun nəzarəti altına alınmamış Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır.