Alıcıların DİQQƏTİNƏ: Vaxtı keçmiş yumurta yeyirik? – VİDEO
Əksər mağazalarda yumurtaların üzərində istehsal tarixi yazılsa da, bitmə tarixi qeyd olunmur.
Tacxeber.com Baku TV-yə istinadən xəbər verir ki, bəzən ümumiyyətlə heç bir tarix yazılmır.
Bəs belə olan halda alıcı necə bilsin ki, bu yumurtalar təzədir, ya köhnə?
“Sarı yumurtalar kənd istehsalı olduğu üçün tarix yazılmır. Ağ yumurtalarda istehsal tarixi qeyd olunur. Demək olar ki, bitmə tarixi 1 ay olur”, – deyə satıcı bildirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, yumurtanın qabığının altında hava boşluğu yoxdursa və ya çox azdırsa, bu o deməkdir ki, məhsul təzədir: