Bütün İstanbul TƏŞVİŞDƏ – Telefonlar işləmir, insanlar küçələrə axışdı – FOTOlar

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində ard-arda bir neçə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, zəlzələ nəticəsində şəhərin bir çox bölgəsində mobil rabitə şəbəkələrində problemlər yaranıb – vətəndaşlar telefonların işləmədiyini bildirir.
Qısa müddət ərzində insanlar təşviş içində küçələrə axışıblar.
Hələlik hər hansı ciddi dağıntı və ya xəsarət barədə rəsmi məlumat verilməyib, lakin aidiyyəti qurumlar ərazidə yoxlamalara başlayıb.