Tramp-Putin planı.
Bu gün Londonda kritik əhəmiyyətli görüşlər keçiriləcək.
Trampın təklifi ilə bağlı KİV-lərdə yayılan məlumata görə, təqdim olunan plan Rusiya və Ukrayna üçün aşağıdakı əsas şərtləri ehtiva edir:
Rusiya üçün:
– Ukrayna de-yure Krımı Rusiya ərazisi kimi tanımalıdır;
– Ukrayna de-fakto 2014-cü ildən bu günə qədər Rusiyanın nəzarətində olan ərazilərin işğalını qəbul etməlidir;
– Ukrayna NATO-ya üzvlük iddiasından imtina etməlidir;
– 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv olunmalıdır;
– ABŞ Rusiya ilə enerji və sənaye sahələrində əməkdaşlığı gücləndirəcək.
Ukrayna üçün:
– Avropa və digər ölkələrdən ibarət xüsusi bir qrupun iştirakı ilə “etibarlı təhlükəsizlik zəmanətləri” veriləcək;
– Rusiya tərəfindən işğal olunmuş Xarkov vilayətinin kiçik bir hissəsi Ukraynaya qaytarılacaq;
– Cəbhə xətti boyunca Dnepr çayında maneəsiz gəmiçiliyin təmin olunması nəzərdə tutulur;
– Ukraynaya bərpa və kompensasiya yardımı göstəriləcək (maliyyə mənbələri göstərilməyib);
– Zaporojye Atom Elektrik Stansiyası ABŞ-ın nəzarətinə veriləcək. Stansiya formal olaraq Ukrayna ərazisi sayılacaq və oradan əldə olunan enerji həm Ukraynaya, həm də Rusiyaya ixrac ediləcək;
– ABŞ və Ukrayna arasında faydalı qazıntıların birgə hasilatına dair razılaşma.
Bu plan Stiv Uitkoffun Vladimir Putinlə dörd saatdan artıq davam edən görüşündən sonra formalaşıb.
Təbii ki, bu plan Kiyev və Brüssel tərəfindən qəbul olunmayacaq. Krımın tanınması və sanksiyaların ləğvi Avropanın strateji maraqlarına ziddir.
Bu gün Londondan vacib xəbərlər gözləyirik.
P.S. Sky News məlumat yayıb ki, Zelenskinin Krımın tanınmasını rədd etdiyinə görə görüş ləğv olunub.