• 24 Aprel 2025 18:08

Hamı küçəyə qaçdı, o isə… – VİDEO

Ötən gün Türkiyənin İstanbul şəhərində baş verən 6.2 ballıq zəlzələ zamanı bina sakinlərindən birinin hərəkəti diqqət çəkib.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ anında hamının qorxu içərisində küçələrə qaçdığı bir vaxtda bina sakini evini təmizləməyə davam edib.

 

Beylikdüzündə baş verən hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

Qadın zəlzələ anında nəinki təşvişə qapılmayıb, hətta pəncərələri silməyə davam edib.

Həmin anlar ətrafdakı insanların diqqətini çəkib.

 

Oxşar xəbərlər