• 24 Aprel 2025 18:53

Onlar Oval kabinetə icazəsiz daxil olub Trampı rüsumları dayandırmağa razı saldılar.

Ağ Evdə baş verənləri anlamaq üçün, ancaq nəticələri yox, prosesin özünü təsvir etməyiniz lazımdır.

 

Tramp Çinə qarşı gömrük tarifləri məsələsində geri addım atıb.

Tramp bildirib: “Bəli, bu doğrudur – 145% çox yüksək göstəricidir. Müxtəlif amillər tarifləri bu səviyyəyə çatdırdı. Ancaq bu qədər yüksək rüsumlar artıq olmayacaq. Tariflər əhəmiyyətli dərəcədə azaldılacaq.”

 

Ağ Evdə nələr baş verirdi?

The Wall Street Journal xəbər verir:

9 aprel tarixində Trampın tətbiq etdiyi rüsumların ardından ABŞ maliyyə bazarları minimum səviyyəyə düşdü, investorlar isə kütləvi şəkildə xəzinə istiqrazlarını satmağa başladılar. Bu zaman maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lyutnik vəziyyətin nə qədər ciddi olduğunu anlayaraq tədbir görməyə qərar verdilər.

Ən böyük problem, Trampın ətrafında rüsumların əsas tərəfdarı Piter Navarro idi.

 

Bessent və Lyutnik, hərəkətə keçdilər. Onlar Navarronun Ağ Evin başqa hissəsində iclasda olmağındam istifadə etdilər və Oval kabinetə icazəsiz daxil olub Trampı rüsumları dayandırmağa razı saldılar. Navarro orada olsaydı, bu təşəbbüsə mane ola bilərdi.

Bessent və Lyutnik, Tramp “Truth sosial” şəbəkəsində rüsumların dayandırıldığını elan edən paylaşım edənə qədər kabinetdən çıxmadılar. Mətbuat katibi Kerolayn Levit dərhal jurnalistlərə çıxaraq qərarı elan etdi. Navarro isə bu xəbəri eşidəndə şokda idi.

 

– Strategiya, beyin mərkəzləri, dövlət institutları? Yox, eşitməmişik. Gözləyək Navarro çıxsın otaqdan, Trampı fikrindən yayındıraq.

Tramp administrasiyasının çılpaq mahiyyəti.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər