Papa Fransiskin dəfn mərasimində 50-yə yaxın dövlət başçısı iştirak edəcək
Vatikanın protokol xidməti müxtəlif ölkələrdən 130 nümayəndə heyətinin Papa Fransiskin dəfn mərasimində iştirakını təsdiqlədiyini bildirib.
Onların arasında 50-yə yaxın dövlət başçısı və 10 hakim monarx da var.
Fransa prezidenti Emmanuel Makron, Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Argentina prezidenti Xavyer Miley və Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl dəfn mərasimində iştirak etməyə hazır olduqlarını açıqlayıblar. Bu sırada ABŞ prezidenti Donald Tramp, Polşa prezidenti Anjey Duda və digər dövlət başçıları da olacaq.Rusiya prezidenti Vladimir Putin dəfn mərasimində iştirak etməyəcək.