Qəribə dəvətnaməyə görə polis toyu LƏĞV ETDİRDİ – FOTO

Çində bir kişi və iki qadının səbəbkarı olacağı qəribə toy ictimaiyyətin geniş reaksiyasına və polisin müdaxiləsinə səbəb olduqdan sonra ləğv edilib.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Cənub-qərbi Quizhou əyalətindəki Bijie şəhərində, ağ gəlinlik geyinmiş iki qadının yanında qara kostyumlu bir kişini əks olunduğu dəvətnamə tez bir zamanda sosial mediada viral olub.
Bəyin adının iki gəlininin adları ilə birlikdə yazıldığı dəvətnaməyə əsasən, toy aprelin 19-da günortadan sonra şəhərin yüksək səviyyəli restoranı olan “Century Jiayuan Banket Centre”də baş tutmalı idi.
“Bu oğlana çox kişi həsəd aparmalıdır. O, necə də şanslıdır!”, – bir yerli sosial media istifadəçisi istehza ilə yazıb.
Digəri əlavə edib: “Üç nəfərin toyu? Doğrudurmu? Onların dedi-qodularını səbirsizliklə gözləyirəm”.
Məsələ ilə tanış olduğunu iddia edən şəxs gəlinlərdən birinin keçmiş həyat yoldaşı, digərinin isə indiki sevgilisi olduğunu bildirib.
“Bu üçtərəfli toy hər üç ailənin razılığına malikdir”, – sosial media istifadəçilərindən biri qeyd edib.
Polisin müdaxiləsindən sonra toy ləğv edilib. Ziyafət zalının sahibi qeyd edib ki, sifariş edilən zaman administrasiya tədbirin qeyri-adi formatından xəbərsiz olub və sonradan qanuna riayət edilmədiyini əsas gətirərək müqaviləyə xitam verib.
Hüquqşünaslar qeyd ediblər ki, bu cür zarafatları ictimai asayişin pozulması kimi təsnif etmək olar.