Rəşad Dağlının ad günü kadrları aranı qatdı – VİDEO
“Space” telekanalında yayımlanan “Tarixin bir günü” verilişində meyxanaçı Rəşad Dağlının ad gününün qeyd edilməsi müzakirələrə səbəb olub. Bəziləri efirdə ad günü keçirilməsini dəstəkləsə də, buna qarşı çıxanlar da var. Onlar bildirirlər ki, meyxanaçının ad gününün keçirilməsi təbiidir, lakin televiziya kanalının bunu yayımlaması qəbuledilməzdir. Qeyd edilir ki, qətlə görə həbs edilən şəxsin ad gününün telekanalda belə təmtəraqla keçirilməsi doğru deyil.