• 24 Aprel 2025 03:33

Trampın kart sevgisi…

Tramp Zelenskini “kartları olmayan” adam adlandırıb. Sosial şəbəkədə çıxış edən ABŞ prezidentinin tam açıqlamaları belədir:

 

Ukrayna prezidenti Vladimir Zelenski “The Wall Street Journal”ın ön səhifəsində lovğalanaraq bəyan edib: “Ukrayna Krımın işğalını hüquqi cəhətdən tanımayacaq. Burada müzakirə olunacaq heç nə yoxdur”. Bu bəyanat Rusiya ilə sülh danışıqları üçün çox zərərlidir, çünki Krım illər əvvəl prezident Barak Hüseyn Obamanın dövründə itirilib və hətta müzakirə mövzusu belə deyil.

 

Heç kim Zelenskidən xahiş etmir ki, Krımı Rusiya ərazisi kimi tanısın, amma əgər o, Krımı istəyirsə, niyə on bir il əvvəl bir güllə belə atılmadan Rusiyaya veriləndə onun uğrunda mübarizə aparmadılar? Ərazi həm də “Obamanın təhvil-təslimi”ndən əvvəl uzun illər Rusiyanın əsas sualtı bazalarına ev sahibliyi edirdi. Bu müharibənin həllini çətinləşdirən məhz Zelenski kimilərinin təxribatçı bəyanatlarıdır.

 

Onun öyünəcək heç nəyi yoxdur! Ukrayna üçün vəziyyət son dərəcə ağırdır – o, sülhü seçə bilər və ya bütün ölkəni itirmədən daha üç il mübarizəni davam etdirə bilər. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur, amma hər həftə orta hesabla beş min rus və ukraynalı əsgəri xilas etmək mənim üçün vacibdir. Zelenskinin bu gün verdiyi bəyanat “ölüm sahəsinin” uzadılmasından başqa heç nəyə gətirib çıxarmayacaq və bunu heç kim istəmir!

 

Razılığa çox yaxınıq, amma “əlində kartları olmayan” adam indi nəhayət, bu işi başa çatdırmalıdır. O zaman mən prezident olsaydım Ukrayna və Rusiya arasında müharibə başlamazdı. İndi mən tam qarışıqlıqdan çıxmağa kömək etməyi səbirsizliklə gözləyirəm!

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər