Bələdiyyə sədri niyə özünü sakin kimi təqdim edib? – VİDEO

Bakının Qaradağ rayonunda göl qanunsuz şəkildə qumla doldurularaq tikinti işləri aparılır.
Tacxeber.com xəbər verir ki, AzTV həmin ərazidən süjet hazırlayıb.
Vətəndaşların sözlərinə görə, gölü doldurub üzərində ev tikdikləri üçün indi evlər suyun üstündədir:
“Bu, xəstəlikdir. Burada gölü qurudaraq torpaq satırlar. Bizə deyirlər ki, bu, qanunidir. Bələdiyyədən bildirilib ki, gölün üzərində ev tikməyə icazə var”.
Ərazidəki bələdiyyə işçisi isə özünü sakin kimi təqdim edərək orada bəndvurma işləri apardıqlarını söyləyib. Bundan sonra AzTv-nin əməkdaşı Lökbatan Bələdiyyəsinə üz tutub. Bildirilib ki, bələdiyyənin sədri hazırda ərazidədir. Sədrlə əlaqə saxladıqda isə o, ərazidə olmadığını deyib.
Lökbatan gölünün ətrafında yaşayan sakinlər isə iddia edib ki, burada torpağı, hətta, gölü də satın almaq mümkündür: “Qohumumuz 5-6 il əvvəl göl olan ərazini aldı. 4 sotuna 5 min manat pul vermişdi. Sonra doldurdu və ev tikdi”.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu problemin qarşısı alınıb: