• 25 Aprel 2025 21:40

Frank Şvabe Tofiq Yaqubluya azadlıq tələb edib

 

“Tofiq Yaqublu Azərbaycanda daha da artan özbaşınalığın xüsusilə acınacaqlı nümunəsidir”

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya azadlıq tələb edib.

 

Almaniyalı deputat bu barədə “X” platformasında paylaşım edib:

“Tofiq Yaqublu Azərbaycanda daha da artan özbaşınalığın xüsusilə acınacaqlı nümunəsidir. O, haqsız yerə həbs edilib.

 Həyatı təhlükədədir. O, dərhal azad edilməlidir”, – Şvabe yazıb.

 

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib. O, qərara etiraz olaraq aprelin 1-dən aclıq elan edir.  (MeydanTV)

 

Tacxeber.com

 

Oxşar xəbərlər