“Həkimləri bölgələrə cəlb etmək lazımdır” — Xəstəxanalarda növbələrin qarşısını necə almaq olar?
Vətəndaşlarımız bir çox şəhər və rayon xəstəxanalarında növbələrin düzgün təşkil olunmamasından əziyyət çəkirlər. Bu uzun müddətdir həllini tapmayan problemə çevrilib.
Bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşlara tibbi xidmətlərinn əlçatanlığı daha rahat olub:
“Vətəndaşlarımız ən ucqar bölgələrdə belə həm tibb məsələrinin inkişafı, həm də tibbi yardımların çeşidinin artması və bunun nəticəsində də maliyyələşmə sıxıntısı olmadan tibb məsələlərinə rahatlıqla müraciət edə bilirlər. Təbii ki, bu da müraciətlərin sayında kəskin artıma gətirib çıxarır. Bu kəskin artım isə növbələrin sayının artmasına səbəb olur. Bunlardan təbii ki, bir neçə çıxış yolu təkif olunmuşdur. Müzakirələrdə də bu istiqamətdə öz təkiflərimizi vermişik və müxtəlif tibb müəssisələri özünəməxsus yanaşma ilə bu prosesi normal məcraya yönətməyə çalışırlar. Belə ki, birinci onlayn növbə sisteminin qurulmalıdır. Onlayn növbə sistemi çox mühümdür. Bütün dünyada bu prosesdən geniş istifadə olunur”.
Deputat əlavə edib ki, onlayn növbə sisteminin qurulması üçün kifayət qədər bahalı avadanlıqlar lazımdır:
“Daha sonra burada proqram təminatı məsələsi var. Bunu birmənalı şəkildə hər bir yerdə icra etmək müəyyən bir maliyyə sıxıntısı ilə əlaqədardır. Tədricən biz bu prosesdə addımların atılmasının şahid olacağıq. Bir çox yerlərdə, mərkəzlərdə, bəzi bölgələrdə bu proses həyata keçirilir və çox da uğurlu nəticələr də əldə olunur. İkinci məsələ özəl sektorun bu prosesə cəlb olunmasıdır. Burada fikirləşirəm ki, istər rəqabət məcəlləsinin müvafiq tətbiqi, eləcə də əlçatanlığın artması istiqamətində, müqaviləli tibb müəssisələrində dövlət məsələlərinin yükünün götürülməsi baxımından da mərhələ-mərhələ addımlarının artılması bu növbəllik prinsiplərinin rahatlamasına şərait yarada bilər. Bu zaman dövlət xəstəxanlarında növbələrin artmasının qarşısını ala bilərik. Üçüncüsü, həkim və orta tibb işçisi kadrlarla səmərəli istifadədir. Əmək şəraiti yaxşılaşdırılmalıdır. Həkimləri bölgələrə cəlb etmək lazımdır”.