“Mənəviyyat və tərbiyə məsələsidir” – Omba əməliyyatına qadağanın mümkünlüyü…

Son illər estetik və plastik əməliyyatlara maraq xüsusilə qadınlar arasında sürətlə artıb. Sosial şəbəkələrdə və televiziya ekranlarında tez-tez oxşar üz cizgiləri, eyni mimikalar və standart gözəllik anlayışları ilə qarşılaşırıq. Artıq bir çoxları üçün fərqli olmaq deyil, “gözəllik şablonuna” uyğunlaşmaq əsas meyara çevrilib. Bu tendensiya isə təkcə sağlamlıq və psixoloji durum baxımından deyil, həm də cəmiyyətin estetik zövqü və mədəni səviyyəsi üzərində ciddi suallar doğurur.
Hətta məşhur müğənni Fuad Musayev ölkəmizdə omba böyütmə əməliyyatının qadağan edilməsini təklif edib.
Bəs, ölkəmizdə bu cür əməliyyatlar qadağan oluna bilərmi?
Mövzu ilə bağlı Ölkə.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, belə məsələlər dünyanın heç yerində qanunla tənzimlənmir: “Çünki bu, insanların şəxsi seçimidir və bir çox məsələlər də insanların şəxsi əxlaq normaları və dünyagörüşləri inancları ilə bağlıdır. Bunu qanuna salıb “plastik əməliyyatlar qadağandır” və yaxud da “müğənnilər etməsin” kimi halları onsuz da qanunla tənzimləmək olmur. Çünki bu məsələlərə toxunmaq insan haqları və digər məsələlər baxımından mümkün deyil. Mən bilən belə nümunələr də yoxdur.