Bakıda itkin düşən qızlar 10 gün sonra TAPILDILAR: Taksi sürücüsünün evində GİZLƏNİBLƏRMİŞ
Bakıda itkin düşmüş kimi axtarışları aparılan şəxslər tapılıblar.
Bu barədə Editor.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışları aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Qeyd edilib ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışlarının aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırma DİN-in nəzarətinə götürülüb.