• 26 Aprel 2025 21:12

“Bulaq adıyla artezian suyu satırlar” – Mağazalarda satılan sular hardan doldurulur? – TƏHLÜKƏ SAÇIR

Son dövrlər ən çox satılan məhsullardan biri də içməli sudur. Su ən çox tələb olunan məhsullardandır. Çox təəssüf ki, bu suların keyfiyyəti, harada qablaşdırılması məsələsi sual altındadır. Bəzi hallarda həmin suları elə antisanitar şəraitdə butulkalara doldururlar. Bu çox ciddi məsələdir. Su həyat mənbəyi olsa da, plastik qablarda aldığımız sulardan həyatımız sığortalanmır. Qida mütəxəssisləri bildirir ki, bir çox dünya ölkələri plastik qablarda satılan sulardan imtina edir. Buna səbəb də bu qabların təkrar emal olunmasıdır.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, əksər hallarda bulaq suyu adıyla artezian suyu satırlar:

“Su təbiətin möcüzəsidir. Heç kəs bilməz ki, suyu kim qarışdırır, kim qarışdırmır? Təmizlənmiş suyun özü də zərərlidir. Su ilə bağlı problemlər illər boyudur ki, var. İstisna olunmur ki, böyük 20 litrlik qablar təmizlənir ya təmizlənmir? Bütün bunların hamısı müəmmalı məsələlərdir. Suyu analiz etmək üçün onun 300 parametri araşdırılmalıdır. Onu da heç kəs araşdıra bilmir. Mənə çoxlu zənglər gəlir ki, hansı suyu içək, hansını içməyək? Birdəfəlik mən də deyirəm ki, suyu dəyişin için. Heç bir elm hələ sübut etməyib ki, hansı DNK-lı insana hansı codluqda su lazımdır? Ona görə suyu dəyişib içmək lazımdır. Bəzən bulaq, bəzən qrant suyu içilməlidir. Qiymətləri də müxtəlifdir. Bir litrlik butulkada 40 qəpiyə olan su da var, 9 manata da. Əhali soruşur ki, bunlar nə üçün belədir? Yaxşı haldır ki, Azərbaycanda suların yarallılıq müddəti 1 ildən artıq deyil. Mən hazırda Avropadayam. Buradakı mağazalarda görürəm ki, plastik qabda olan suların yarallılıq müddətini 2 il qoyublar. Qida Təhlükəsizliyi Agentliyi suyu uzun müddət etiket məlumatları ilə mənbəyini araşdırıb. Lakin bu sahədə ciddi problemlər yaşanmaqdadır. Bəzən istehlakçıları aldadırlar. Su mənbələrini göstərmirlər. Artezian suyunu bulaq suyu kimi təqdim edirlər” deyə ekspert bildirib.

Tacxeber.com

Oxşar xəbərlər