• 27 Aprel 2025 01:59

Elmə elə faktlar məlumdur ki, insan heç vaxt eşitmədiyi hansısa bir dildə danışıb.

Xarici dil sindromu (foreign language syndrome) nadir hadisələrdən biridir. Əsasən beyinlə bağlı cərrahiyyə əməliyyatından sonra ortaya çıxır.

 

Türkiyənin Konya şəhərində 67 yaşlı Rəhmi Karademir əməliyyatdan sonra türkcə danışmaq qabiliyyətini itirib. Həkimlər zamanla onun yenidən türkcə danışa biləcəyini güman edirlər. Hazırda pasient Danimarka dilində danışır. O, əvvəllər Danimarkada yaşayıb. 10 il öncə Türkiyəyə dönüb. Ona görə də onu yalnız ailə üzvləri başa düşür…

Bu kimi hadisələrlə bağlı yazıları bir neçə dəfə oxumuşam. İnsan psixoloji sarsıntıdan sonra da yabançı bir dildə danışa bilər. Hətta elmə elə faktlar məlumdur ki, insan heç vaxt eşitmədiyi hansısa bir dildə danışıb, öz doğma dilini isə tamamilə unudub. Hətta min illər öncə ölüb getmiş dillərdə danışanlar da olub.

 

İnsan beyni son dərəcə mürəkkəb bir şeydir. Bu kimi şeylərin elmi izahını vermək hələki mümkün deyil…

 

ELbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər