Gülsüm Əliyeva adlı tələbəmiz olmayıb – Universitet təsdiq etdi
Hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova “VMR estetik klinikası”nın heç bir tibbi təhsili olmayan və ölümə səbəb olan keçmiş kosmetoloq Gülsüm Əliyeva barədə yeni məlumat yayıb.
Tacxeber.com xəbər verir ki, jurnalist özünü cərrah kimi təqdim edən Gülsüm Əliyevanın videosunu paylaşıb. Videoda G.Əliyeva özü etiraf edir ki, peşəkar olmaq üçün diplom vacibdir.
“Yaxşı, bəs haradadır o diplom? Göstərə bilmədiyi, hər kəsdən gizlətdiyi diplom üçün deyir ki, guya Türkiyənin Diyarbakır vilayətindəki Dicle Universitetindən məzun olub. Mən də nə yedim, nə içdim, birbaşa həmin universitetə rəsmi sorğu göndərdim. Cavab da budur: “Bizdə bu adda tələbə olmayıb!”