İnsan əli olmadan doğulan ilk uşaq
İnsan əli olmadan körpə doğulub.
Meksikada ilk dəfə süni intellektin tam şəkildə yerinə yetirdiyi intrasitoplazmatik kişi cinsi hüceyrələrinin inyeksiyası proseduru ilə uşaq dünyaya gəlib. Bu, dünyada ilk hadisədir ki, spermanın yumurtaya yeridilməsi prosesinin heç bir mərhələsi insan əli ilə idarə olunmayıb və bütün prosedur robotlaşdırılmış sistemə həvalə edilib.
Bu layihə üzərində ABŞ və Meksikadan olan alimlər çalışıb. Onların hazırladığı sistem, prosedurun 23 mərhələsini avtomatlaşdırıb, eyni zamanda kişi cinsi hüceyrələrinin yumurtaya yeridilməsi kimi incə və dəqiq prosesləri süni intellekt edib: spermanın seçilməsindən tutmuş mikroinyeksiyalara qədər, bütün proses lazerlərin nəzarəti altında aparılıb.