Nüvə savaşı olacaq, 200 milyon insan öləcək – Jirinovskinin proqnozu gündəmdə
Yeni qanlı münaqişənin astanasında olan Hindistan və Pakistana Rusiya Liberal Demokrat Partiyasının banisi Vladimir Jirinovskinin “peyğəmbərliyinə” dərhal əməl etmək tövsiyə olunub.
Tacxeber.com xəbər verir ki, bu barədə “Vzqlyad” nəşri yazıb.
Jurnalistlər hesab edirlər ki, Hindistan və Pakistan Jirinovskinin hələ 2004-cü ildə dediyi sözlərə diqqət yetirməlidir.
Nəşr Jirinovskinin dediyi sözləri xatırladıb: “Bu regionda müharibə qaçılmaz olacaq və nüvə savaşına çevriləcək. Nəticələri fəlakətli olacaq – Hindistan və Pakistan arasında münaqişə azı 200 milyon insanın həyatına son qoyacaq”.