Qastrit olan mədə heç ağrımaya bilər – Həkim

Qastritin ağrıyıb siqnal verəcəyini gözləmək olmaz, o, illərlə ağrımaya bilər.
Tacxeber.com “Medicina”a istinadən xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova qastritin özəlliyindən danışıb.
Qastrit mədə toxumalarının iltihabıdır. Adətən insanlar müəyyən qidaları qəbul etdikdən sonra mədədə ağrı hiss etdikdə qastrit haqqında düşünürlər, lakin qastrit zamanı insan ağrı hiss etməyə bilər.
Qastriti müalicə etmək və onu nəzarətdə saxlamaq vacibdir. Müalicə edilməzsə, həyati təhlükəsi olan ağırlaşmalara səbəb ola bilər: xüsusilə bunlar peritonit və daxili qanaxma ola bilər”.
Bundan əlavə, mütəxəssis çox miqdarda turş, ədviyyatlı, acı və ya həddindən artıq isti qidaların istehlakından çəkinməyi və qazlı içkiləri pəhrizdən tamamilə çıxarmağı tövsiyə etdi.