Zelenski Roma Papası ilə vida mərasimində iştirak etməyəcək
Ukrayna prezidenti Zelenski Roma Papası ilə vida mərasimi üçün İtaliyaya getməyəcəyini açıqlayıb.
Tacxeber.com “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, o, çox məşğul olarsa, vida mərasimi üçün İtaliyaya getməyə biləcəyini deyib.
“Əgər mən Romaya getməsəm, Ukrayna yenə də orada yüksək səviyyədə təmsil olunacaq”, – Zelenski qeyd edib.
Zelenskinin sözlərinə görə, onun Kiyevdə olması vacibdir, çünki “hərbi görüşlər planlaşdırılır, onlardan biri hava hücumundan müdafiəyə həsr olunacaq”.