Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı – VİDEO
Müğənni İradə Mehrinin ailəvi məkanda olan geyimi birmənalı qarşılanmayıb.
Milli.Az xəbər verir ki, onun səhnəyə çıxdığı məkanlardan birində geyindiyi açıq-saçıq libas sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İzləyicilərin bir qismi sənətçinin seçdiyi geyimi sərt şəkildə tənqid edərək, onun səhnəyə və tamaşaçıya hörmət etmədiyini bildirib. Bəzi izləyicilər isə daha da irəli gedərək, təhqiramiz ifadələrə yer veriblər. Tənqidlərdə əsas vurğulanan məqam isə sənətçinin ifasından çox görünüşü ilə gündəmə gəlməyə çalışması olub.