Məsud Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik”

“Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik və Ermənistanı da öz hüquqları çərçivəsində müdafiə edirik”.
Tacxeber.com xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri barədə danışarkən deyib.
“Biz çalışırıq ki, hər iki tərəf qonşuluq prinsipləri əsasında dinc yaşasın və bir-birimizə yardım göstərək”, – dövlət başçısı qeyd edib.