Maraqlı və ŞOK faktlar

* 1932-ci ildə Los Angeles olimpiadasında fransız atlet Jules Miladın disk atmada qırdığı olimpia rekordu sayılmayıb. Çünki atışı izləməsi lazım olan bütün hakimlər, şüğullahündürlüyə tullanma yarışmasını izləmək üçün arxalarını ona sarı çevirmişdilər.
* 1840-cı ilde ABŞ prezidenti seçilən William Henry Harrison çox soyuq bir gündə Vaşinqtonda açıq havada təşkil edilən vəzifəyə başlama mərasimində şapka və palto geyməyi rədd edərək etdiyi uzun çıxışı zamanı sətəlcəm olub. Yeni başçı yalnız bir ay vəzifə yerinə yetirdikdən sonra ölüb.
* Kino ulduzu Brooke Shields siqaret haqqında fikirlərini açıqlayarken “siqaret çəkmək öldürər, öldüyünüzdə həyatınızın əhəmiyyətli bir hissəsini itirərsiniz” deyib.
*1971-ci ilde torpaq sürüşmələrini araşdırmaq istəyən Yapon elm adamları böyük yağış fırtınası effekti meydana gətirmək üçün bir təpəni yanğın xortumlarıyla düz-əməlli sulayıblar. Buna görə təpənin çökməsi nəticəsi dörd elm adamıyla 11 tamaşaçı həyatını itirib.
* Fransız ordusu əsgərlərin minalı ərazilərində yeriyə bilmələrini təmin edən partlamağa dayanıqlı cihaz icad edib. Lakin botlar o qədər ağır və içində yəriməsi o qədər çətin idi ki, əsgərlər minalarla havaya uçmadan əvvəl pusquya yatan düşmən əsgərləri tərəfindən vurulurdular.
* 1975-ci ildə İngilis cütlük televiziyada ən sevdikləri proqramı izləyərkən kişi yarım saat davam edən bir gülmə nəticəsi infarkt keçirərək ölüb. Yoldaşı cənazədən sonra proqram prodüsərlərinə bir məktub yazaraq ərini həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdikləri üçün təşəkkür edib.
* Məhşur teatrist Tennessee Williams 71 yaşında burun spreyi sıxmaq üçün başını arxaya yatırtdığında ağızına düşən sprey qapağı boğazına ilişincə boğularaq ölüb.
* XII əsrdə avropalılar quşları ağacların doğurduğuna inanırdı.