Nərimanovun icra başçısı OLİQARX İMİŞ… – İLGİNC FAKTLAR…
Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Elgin Həbibullayevin əslində hazırki mövqeyinə məhz biznesdən gəlməsi faktı kimsə üçün sirr deyil. Amma sirr olanı onun ciddi bir oliqarx imkanlarına və sərvətinə malik olmasıdır ki, bu barədə “DİA-AZ” olaraq əldə etdiyimiz bəzi bilgiləri oxucularla paylaşmaq qərarına gəldik…
Məlumata görə oliqarx məmurlardan sayılan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bu gün mövqeyi kövrək icra başçılarından hesab olunur. Yəni onunla bağlı hər an qərar verilə, o. hər an işindən atıla bilər. Bu isə onun özünü doğrultmaması ilə əlaqələndirilir.
Bir çox yerlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı olduğunu deyən E.Həbibullayevin milyonluq mülklərə sahib olduğu faktdır.
Belə ki, Bakıda məşhur biznes şəbəkələrindən biri olan “Panda Kids”-in Nərimanov rayon İcra Hakimiyyətinin başçısına məxsusdur və o, Bakı şəhər icra hakimiyyətində vəzifəyə gətirilənə qədər məhz həmin biznesinin başında idi.
Bununla yanaşı, E.Həbibullayevin bulvarın kənarında olan məzilinin qiymətinin isə 2 milyon manatdan çox olduğu vurğulanır.
Qeyd edək ki, Elgin Həbibullayev 2000-ci illərin əvvəllərində Bakı şəhərinin Nizami rayon icra hakimiyyətində şöbə müdiri, 2003 – 2011-ci illərdə Gəncə şəhər icra hakimiyyəti başçısının köməkçisi, sonra aparat rəhbəri, 2011-ci ildən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini, 20 sentyabr 2018-ci il tarixdən isə Bakı şəhər icra hakimiyyəti aparatının rəhbəri vəzifəsində çalışıb. E.Həbibullayev 18 fevral 2022-ci il tarixdən Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.