• 29 Aprel 2025 06:02

“Qarabağ” 12-ci çempionluğunu qeyd edir.

"Qarabağ" 12-ci çempionluğunu rəsmiləşdirdi

Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.

 

Bu gün daha iki matç keçirilib.

 

Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, “Səbail” turnir cədvəlində 21 xalla sonuncu – 10-cu yerdə, “Araz-Naxçıvan” isə 54 xalla 3-cü yerdə qərarlaşıb.

Turun mərkəzi görüşü isə Masazırda olub. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Bununla da Ağdam klubu sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib. Çünki hazırda “Qarabağ”ın 77, ən yaxın izləyicisi “Zirə”nin isə 64 xalı var.

“Sabah” isə turnir cədvəlində 40 xalla 5-ci yerdədir.

 

27 aprel

20:00. “Sabah” – “Qarabağ” – 1:1 

Qollar: Redon Cica, 42 – pen. (0:1),  Boyan Letiç, 73 (1:1)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Bank Respublika Arena.

 

17:30. “Səbail” – “Araz-Naxçıvan” – 1:1

Qollar: Ülvi İsgəndərov, 30 (0:1), Marko Nikoliç, 76 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Namik HüseynovASCO Arena.

 

25 aprel

“Turan Tovuz” – “Şamaxı” – 1:1

26 aprel

 “Kəpəz” – “Zirə” – 0:1

28 aprel

20:00. “Sumqayıt” – “Neftçi”

 

 

Bombardirlər:

Leandro Andrade (“Qarabağ”) – 14 qol

Salifu Suma (“Zirə”) – 11 qol

Cesse Sekidika (“Sabah”) – 10 qol

Davit Volkov (“Zirə”) – 10 qol

Coy-Lens Mikels (“Sabah”) – 9 qol

Felipe Santos (“Araz Naxçıvan”) – 9 qol

Nəriman Axundzadə (“Qarabağ”) – 9 qol

Rafael Utziq (“Zirə”) – 9 qol  (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər