AYNA-nın “TikTok” paylaşımındakı mahnı etiraza SƏBƏB OLDU: Əxlaqsızlığı və narkotiki təbliğ edir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son paylaşımı sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Oxu.Az xəbər verir ki, qurum “TikTok” trendinə qoşulmaq üçün britaniyalı müğənni Raye və amerikalı rep ifaçısı 070 Shake-in ifa etdiyi “Escapism” mahnısının “radio edit” versiyasından istifadə edib.
Lakin istifadəçilər bildiriblər ki, mahnının orijinal sözləri kifayət qədər vulqardır. Mahnının sözləri əxlaqsızlığı təşviq edir, həmçinin narkotik təbliğatı aparır. Bu, AYNA kimi rəsmi bir quruma yaraşmır.