Azərbaycanda ŞOK hadidə – Yasamalda qadının öz 14 yaşlı uşağını 2 ildir ki, seks işçisi kimi satdığı deyilir.

Mənə dəhşətli bir məlumat daxil olub. Yasamalda Safsunun arxa məhəlləsində yaşayan bir qadının öz 14 yaşlı uşağını 2 ildir ki, (12 yaşından bəri) seks işçisi kimi satdığı deyilir. O, hər gün qızını olduqca açıq-saçıq geyindirərək, ağır makiyajlı halda çölə çıxarır və imkanlı şəxslərə 500 manata satdığını deyir.
Qonşuların sözlərinə görə, daha öncə başqa bir qonşu bu hadisəni İnsan Alveri ilə Mübarizə İdarəsinə və polisə xəbər versə də, nəinki heç bir tədbir görülməyib, 28-ci və 29-cu polis bölmələri qadını mülki inspektor kimi işə götürüblər və onunla yaxşı münasibət saxlayırlar (ərazi 28-ə aiddir).
Bu şikayət daha öncə bir blogger tərəfindən işıqlandırılsa da, faydası olmayıb.
Ehtimal olunur ki, polis qadınla əməkdaşlıq edərək azyaşlıyla cinsi əlaqəyə girən müştəriləri şantaj edir və ya kompromat toplayır.
Hətta qonşular mənə məsləhət gördü ki, bu məsələ ilə bağlı polisə yox, başqa qurumlara şikayət edim, çünki 28-ci bölmənin əməkdaşları öz əlehilərinə iş görən deyil.
Qonşular qadının öhdəsindən gələ bilmədiklərini, irad bildirənlərin özlərinin hücuma məruz qaldığını deyirlər. Üstəlik deyirlər ki, qadın uşağa pasport çıxartdırmaq istəyirmiş, narahatlıq var ki, onu başqa ölkəyə də satış məqsədilə aparsın.
Mən bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ictimai rəsmi müraciət edirəm. İnbokslarına da yazacam. Nəzərə alsaq ki, polisin öz çörəyinə bais olacağına inanmıram, habelə prezident, vitse-prezident, prokurorluq və s. kimi qurumlara məktubla müraciət edəcəyəm.
Şikayətlər doğrudursa, qadın uzun illər boyu həbsə göndərilməli, uşaq isə təhlükəsiz sığınacağa yerləşdirilməlidir. Mülki inspektor adı altında cinayətkarların polislə əməkdaşlığı isə ayrıca araşdırılmalıdır.
Gülnarə Mehdiyeva belə bir xəbər paylaşıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman
Azərbaycan Respublikası Daxili işlər nazirliyi
P.S Xahiş edirəm paylaşıb aidiyyatı olan dövlət qurumlarını tağ edin.