• 29 Aprel 2025 01:42

Emil Maqalov Şərurlu İsfəndiyardan ŞİKAYƏT ETDİ: “Evimi əlimdən alır, çünki…” 

“Şərur MTK” nın rəhbəri Şərurlu İsfəndiyar müəllimlə kimin şəxsi tanışlığı var?

Saray qəsəbəsi Jasmin Parkdan kreditə aldığım evin kreditini 3 aydan az gecikdirməm var. Çox vaxt 2-3 ayı 1 yerdə ödəyirdim, özü də nağd, əldən-ələ, 1 söz deyən olmurdu.
Hazırda da həmişəki kimi həmən 3 ayın pulunu ödəməyə gəlmişdim Şərur MTK ya, Hollivud ş-sarayına. Sonuncu ödənişim Fevral ayında olub.

 

İndi isə dedilər ki, müqavilədə də göstərilib ki, ( müqavilədə bu bənd var ) 2 ay gecikmə olduqda ev digər şəxsə satılır. Sadəcə bəs bunu əvvəlki illərdə 3 ildir niyə demirdilər? 3 ildir 2-3 ayı birlikdə, 2-3 aydan bir ödəyirdim də, amma indi dedilər?

Indi də həmən mənə,  Müqavilədə yazılana baxma 3-6 ayı, 3-6 aydan 1, 1 dən ödəyə bilərsən, deyən işçiləri də işdən qovub.
İsfəndiyar müəllim, sizin öz işçilərinizlə probleminiz varsa, mənim nə günahım var?
3 il ərzində deyəydilər ki, olmaz da 2-6 ay gecikmək.

 

Hazırda krediti tam bitirməyimə 6000 borcum qalıb.

Bunlar da deyir ki, Sən evi alanda 2022 ci ildə 1 kv 650 azn idi. İndi 1250 azndir. Evə ödədiyim məbləği, yani 1 kv 650 azndən qaytarmaq şərti ilə evi əlimdən alır və ya 44000 cərimə yazırlar.

Çox çək-çevirdən sonra cəriməmi 20000 aznə saldı.
Hal bu ki, evin ümumi dəyəri 47700 azndir.

Özü ilə şəxsən görüşdüm. Danışmağa belə imkan vermədi. Kobud şəkildə, xoşun gəlmir evi 2022 ci ilin qiyməti ilə qaytar, dedi.

Nə etmək olar?

(Emil Maqalov)

Tacxeber.com

Oxşar xəbərlər