İlon Maskdan şok açıqlama: Cərrahları robotlar əvəz edəcək
İlon Mask yaxın illərdə robotların insan cərrahları geridə qoyacağını bəyan edib.
Tacxeber.com xəbər verir ki, məşhur milyarder bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O yazıb ki, robotlar bir neçə il ərzində yaxşı insan cərrahlarını, təxminən 5 il ərzində isə ən yaxşı cərrahları belə üstələyəcək.
Mask qeyd edib ki, “Neuralink” şirkəti beyin-kompüter sisteminə elektrod yerləşdirmək üçün robota ehtiyac duyub.