Tramp Kiyevə silah verilməsinin şərtini açıqladı

ABŞ Prezidenti Donald Tramp Vatikanda keçirilən görüşdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə müzakirə edilən məsələləri açıqlayıb.
Tacxeber.com xəbər verir ki, Tramp Zelenski ilə görüşün təxminən 15 dəqiqə davam etdiyini və çox məhsuldar olduğunu bildirib.
Onun sözlərinə görə, Volodimir Zelenski əvvəlkindən xeyli sakitləşib və indi vəziyyəti daha yaxşı başa düşür.
Görüşdə müzakirə olunan məsələlər gəldikdə Tramp deyib ki, müzakirə zamanı Zelenski yenidən Ukraynaya silah tədarükü ilə bağlı müraciət edib.