• 29 Aprel 2025 17:21

“Kanadada xalq ABŞ tərəfindən ölkənin müstəqilliyinə, suverenliyinə təhlükə hiss etdiyindən seçkidə onları seşdi” – Şahin Cəfərli

Kanadada keçirilən parament seçkilərində hakimiyyətdəki liberallar təkrar qalib gəlib.

 

İlkin məlumata görə, Liberal Partiya parlamentdə təkbaşına çoxluq əldə edə bilməsə də, mühafizəkarlardan daha çox yer qazanıb. Yeni hökuməti Trüdonun istefasından sonra mart ayında liberalların lideri və baş nazir olan Mark Karni formalaşdıracaq.

 

İki ay əvvələ qədər rəy sorğularında mühafizəkarlardan böyük fərqlə (azı 20%) geri qalan liberalların qələbəsində ABŞ prezidenti Donald Trampın həlledici rolu var. Trampın yüksək rüsumlarla Kanada iqtisadiyyatını sarsıtmaq və onu ilhaq etmək niyyəti əhalinin əks reaksiyasına səbəb oldu. Xalq ölkənin müstəqilliyinə, suverenliyinə, milli identikliyə təhlükə hiss etdi və M.Karni liderliyindəki liberalların xarici təhdid qarşısında milli maraqları daha yaxşı qoruyacağını düşünərək ardıcıl 4-cü dəfə hakimiyyəti onlara etibar etdi.

 

Nəticələr mühafizəkarlar üçün böyük fiaskodur. Həm də ona görə ki, Mühafizəkar Partiyanın lideri Pyer Pualyevr şəxsən özü millət vəkili seçilə bilmədi. P.Pualyevr Ottavanın Karlton seçki dairəsində liberal rəqibinə uduzdu. Xalq son aylara qədər Trampın tərzini və xəttini təkrarlayan, sonra ictimai rəyin dəyişdiyini görərək mövqeyini də buna uyğun dəyişən Pualyevrin bu xətasını əfv etmədi. Onun partiya liderliyindən istefa verəcəyi gözlənilir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər