• 29 Aprel 2025 17:22

28 Aprel şər dövləti tərəfindən işğal günüdür.

28 Aprel Azərbaycan Xalq Cümhuriyyətinin bəşəriyyətin bugünkü Çinə qədər gördüyü ən dəhşətli şər dövləti tərəfindən işğalı günüdür.

 

Təəssüf ki, beynəlxalq ictimaiyyət H…ler rejiminə verdiyi adekvat tarixi qiyməti sovetlərə vermədi. Çünki H..ler Almaniyasında konkret bir qrup – yəhudilər soyqırıma məruz qalarkən, Sovet rejimində bu hansısa milli qrup deyildi, müxtəlif damğalarla adlandırılan(əksinqilabçı, kulak və s) sovet vətəndaşları idi.

 

Beləliklə bu iki rejim çökəndə yəhudilər bir qrup kimi özünümüdafiə instinkti ilə bütün dünyada illərdir 6 milyon yəhudinin birbaşa ölümünə səbəbkar olan bu rejimin mundar üzünü göstərmək üçün haqlı təbliğat qura bilərkən, hansısa qrup kimliyinə aid olmayan, pərakəndə halda olan sovet insanı repressiyalar və totalitar siyasət səbəbi ilə on milyonlarla qurban verməsinə baxmayaraq bu təbliğatı qura bilmədi.

Sovet rejimi o rejimdir ki, orada təkcə adi vətəndaş deyil, hətta NKVD, KQB-nin başçıları daxil çalışanlar, politbüronun nümayəndələri belə sistemin repressiyasından sığortalı deyildi.

 

1935-ci ildə NKVD-də işləyən 39 generaldan 35(90 faiz) nəfəri 1941-ci ildə güllələndi, biri suiqəsdlə öldürüldü, biri Yaponiyaya qaçmağa məcbur qaldı, yalnız 2 nəfər 1945-ci il müharibə bitərkən sağ qala bilmişdi. Sistem hətta Stalini belə ölümündən sonra günahkar saydı.

Ancaq sistem totalitar olduğundan o qədər bərbad idi ki, on milyonlara insanın öldürülməsi, sürgün edilməsi fonunda bir kərə belə oturub düşünmədilər ki, bəlkə problem fərdlərdə deyil sistemdədir?

Amma düşünməmələri də normaldır, çünki qanlı terrorla gəlmişdilər, qanlı terrorla bu şər imperiyasını saxladılar, qanlı xalq üsyanlarıyla da tənəzzülə uğradılar.

 

Mete Türksoy

Tacxeber.com

Oxşar xəbərlər