Azərbaycana gəlməyə hazırlaşan Netanyahunun korteji QƏZAYA DÜŞDÜ
İsrailin Baş naziri Benyamin Netanyahunun korteji Qüdsdə qəzaya uğrayıb .
Tacxeber.com xəbər verir ki, bu barədə “Clash Report” portalı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, kortejdə olan avtomobillərdən biri motosikletə çırpılıb. Baş nazirin maşını hadisə yerindən bir qədər aralıda olduğundan onun özü xəsarət almayıb.