Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda nə qədər insan yaşadığını bilmir.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İran Prezidenti Məsud Pezeşkiana deyib ki, paytaxtda qeyri-rəsmi məlumatlara görə 3,5 milyon insan yaşayır.
O, bunu aprelin 28-də İran prezidenti ilə Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edərkən deyib.
Azərbaycan Dövlət Statistika Komitəsinin 1 yanvar 2024-сü il tarixinə olan məlumatına görə isə, Bakı əhalisinin sayı 2,344,900 nəfərdir.