• 30 Aprel 2025 03:11

“Dindən bixəbərlər Elşad Miri kimi populisti dəstəkləyirlər”

“Dindən bixəbərlər Elşad Miri kimi populisti dəstəkləyirlər”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin Elşad Miri ilə Baku TV-də debatı müzakirə olunur. Elşad Mirinin hədisləri, İslam dini ilə bağlı bir çox hökmləri inkar etməsi sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Onun ətrafına toplananlardan narahatlıqlarını ifadə edən ilahiyyatçlar, ekspertlər və ictiamiyyət nümayəndələri onun cəmiyyətdə dini yanlış təbliğ etdiyini bildiriblər.

 

Tacxeber/com Pravda-ya istinadla xəbər verir ki, deputat Ceyhun Məmmədov İslama bu cür yanaşmaların cəmiyyətdə ciddi ayrı-seçkilik yaratdığını bildirib:

 

“Cəmiyyətdə populizmə, populist fikirlərə meyl güclü olduğuna görə Elşad Mirinin yanaşmasını dəstəkləyənlər də az olmur. Açıq-aydın görürük ki, bu dəstək özünü bütün sahələrdə qabarıq göstərir. Bu bizi narahat etməlidir, ciddi düşünməliyik.

Elşad Mirinin açıqlamaları ilə bağlı həyəcan təbili də əbəs yerə deyil. Verilişdə də açıq-aydın nümunəsini gördük. İslam dini əxlaq, mədəniyyət dinidir və müsəlmanlardan bir-birilərinə hörmətlə davranmağı tələb edir, bunu vacib sayır. Müsəlmanların bu prinsipə əməl etmələri tələb və şərtdir.

 

Təəssüf ki, bu cür açıqlamaların şahidiyik. Belə yanaşma insanları həqiqi dini dəyərlərdən, İslam ənənələrindən, mədəniyyətindən uzaqlaşdırır. Mən də sosial mediada baxanda görûrəm ki, dindən anlayışı olmayan insanlar Elşad Miri kimi populist yanaşanları açıq-aydın dəstəkləyirlər. Heç də yaxşı hal deyil. Bu, cəmiyyətdə ciddi qarşıdurmalara aparacaq məsələdir. İslam dininin mənbələri nədir, dinimiz nəyə əsaslanır, hansı prinsipləri var? Bütün bunlar dini kitablarımızda göstərilib.

Bu gün Elşad Mirinin sərgilədiyi mövqe sırf ona xas mövqe deyil. Hazırda Türkiyə və dünyanın ayrı-ayrı yerlərində bu cür düşüncədə, yanlış fikirdə olan insanlar mövcuddur. Cəmiyyət özü də yanaşmalarında, reaksiyalarında diqqətli olmalıdır. Mövqelər sağlam olmadığı təqdirdə problemləri həmişə görəcəyik. Hər kəsin sağlam mövqe ortaya qoyması önəmlidir. Dinə bu formada yenilik gətirmək, bu cür yanaşma ortaya qoymaq isə qarşıdurmanı ümumən artırır, cəmiyyətdə problem yaradır”.

 

Tacxeber.com

Oxşar xəbərlər