• 29 Aprel 2025 23:49

Finlandiyadan Rusiyaya qadağa: Onunla oynamayın!

Finlandiya prezidenti Aleksandr Stubb Rusiyaya ABŞ prezidenti Donald Trampla “oynamağı” qadağan edib.

 

Tacxeber.com xəbər verir ki, o, bu barədə “The New York Times”a (NYT) müsahibəsində bildirib.

 

“Prezidentin səbri tükənir və biz Rusiya lideri Vladimir Putinə, Rusiyaya qarşı kifayət qədər sərt bəyanatlar gördük. Ona görə də ümid edirəm ki, Kreml prezident Trampla oynaya bilməyəcəklərini başa düşəcək.”, – siyasətçi deyib.

 

Stubb əlavə edib ki, o, ABŞ liderinin qıcıqlandığını hiss edib. Finlandiya prezidentinin fikrincə, Trampın təlaşı vəziyyəti düzgün istiqamətə apara bilər.

Tacxeber.com

Oxşar xəbərlər