• 29 Aprel 2025 17:22

Mənim atam ölür….

Atanın aclığının 28-ci günü də bitdi. Təqvimdən keçən hər gün isə atanı ölümə daha da yaxınlaşdırır. Bu gecədən səhərə sağ çıxarmı deyə, düşünmək məni yeyib-bitirir. Sağlam adamın belə qəfil ürəyi dayanır, ya nəsə başqa bir bilinməyən səbəbdən kimsə qəfil həyatını itirə bilir. Bir də var 28 gün sudan başqa heç nə qəbul etməyən Tofiq Yaqublu.

 

Onun orqanizmi nə qədər davam gətirə biləcək bilmirəm…

 

Yaxın günlərdə ana olmağa hazırlaşıram. Bilmirəm dünyaya gətirəcəyim körpəmimi düşünüm, ya dünyada getməyə hazırlaşan atamımı. Bir ayağım həkimdə, bir ayağım həbsxanada. Əlimdə “Tofiq Yaqubluya azadlıq” şüarı həbsxanalar gəzirəm. Anlayacağınız evdə oturub istirahət etmək, stresdən uzaq olmaq əvəzinə tam gərginliyin mərkəzində dayanmışam. Məni görən hər kəs deyir ki, stresdən uzaq ol. Amma necə??

 

Heç bir qadına mənim indi yaşadıqlarımı yaşamasını arzulamıram. İndi bircə istəyim var. Körpəmdən əvvəl ata evimizə sağ-salamat gəlsin.

Kənan dünyaya gələndə heç birimiz Nərgizin yanında ola bilməmişdik. Nərgiz belə körpəsinin dünyaya gəlişindən xəbərsiz olmuşdu. Mən eyni şeyləri nə yaşamaq, nə də ailəmə yaşatmaq istəyirəm.

 

Atanı yalnız sizlər ölümdən xilas edə bilərsiniz. Bizim ailənin ikinci bir faciədən sizlər qurtara bilərsiz. Odur ki, israrla Tofiq Yaqublunun azadlığını tələb edin. Onun öldürülməsinə imkan verməyin!

Tofiq Yaqublunu öldürməyin, azad edin!

 

Öldürməyin!!!

Öldürməyin!!!

Öldürməyin!!!

 

Nigar Hezi

Tacxeber.com

Oxşar xəbərlər